18:54 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Misir ehramları, arxiv şəkli

Misirdən Türkiyə barədə qalmaqallı qərar

© AP Photo / Lefteris Pitarakis
DÜNYA
Qısa URL
5903

Misir ərəb və ingilis dilində yayımlanan "Daily Sabah" internet saytının nəşrlərinə maneə törədərək qalmaqallı bir qərara imza atıb

BAKI, 12 iyun — Sputnik. Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyənin ən çox satılan, oxunan və xarici dildə nəşr edilən qəzeti "Daily Sabah"ın ərəb, ingilis və almanca saytlarına çıxışına maneə törədib.

Sputnik Azərbaycan "sabah"a istinadla xəbər verir ki, Misir mətbuatının xəbərinə görə, Misirdə əngəllənmiş saytların sayı 54-ə çatıb. Bu saytlar arasında "Turk Press", "Arab Turkey", "Akhbar Turkiya" və "Akhbar Al-Alam" da var.

Mərkəzi Qətərdə yerləşən "Əl-Cəzirə", ABŞ-ın "Huffington Post" saytı və "Al-Birja" da Sisi rejimi tərəfindən əngəllənib.

Sisi rejiminin təhlükəsizlik qüvvələri bu saytların "Müsəlman Qardaşlar" ilə əlaqəli olduqlarına və ya Qətər tərəfindən maliyyələşdirildiklərinə görə əngəlləndiklərini söyləyiblər.

Əsas mövzular