Böyük Britaniyada yeni kabinet formalaşdırıldı

© AP Photo / Victoria JonesBöyük Britaniyanın baş naziri Tereza Mey
Böyük Britaniyanın baş naziri Tereza Mey - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq yeni kabinetə daxil olan şəxslərin adları açıqlanıb

BAKI, 12 iyun — Sputnik. Böyük Britaniyada keçirilən parlament seçkilərindən sonra Mühafizəkarlar Partiyasının lideri və baş nazir Tereza Mey yeni kabineti formalaşdırıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, yeni kabinetin tərkibi Böyük Britaniyanın baş nazirliyi tərəfindən açıqlanıb.

Yeni kabinetdə bir çox nazir seçkidən əvvəlki mövqelərini qoruyub. Böyük Britaniya mətbuatı tərəfindən "Meyin dostu və yaxın ortağı" olaraq adlandırılan əmək və pensiya naziri Damian Green Baş nazir müavini vəzifəsinə gətirilib. 2010-2016-ci illərdə kabinetdə müxtəlif vəzifələrdə olan Maykl Qovun da Ekologiya, Qida və Kənd İşlər Nazirliyinə rəhbər gətirilərək, kabinetə təkrar daxil olub.

Yeni kabinetdə yer alan Mühafizəkarlar Partiyasından olan nazirlər bunlardır:

Baş nazir Tereza Mey

Baş nazirin müavini Damian Grin

Maliyyə naziri Filip Hammond

Daxili işlər naziri Amber Rudd

Xarici işlər naziri Boris Conson

Müdafiə naziri Maykl Fallon

"Brexit" naziri Devid Devis

Səhiyyə naziri Ceremi Hant

Ədliyyə naziri Devid Lidinqton

Təhsil naziri Castin Grininq

Beynəlxalq ticarət naziri Liam Foks

Nəqliyyat naziri Kris Qreylinq

və digərləri.

Xəbər lenti
0