CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milyonlarla insanı öldürən epidemiya dünyanı təhdid edir

© REUTERS / Khaled AbdullahRubbish bags pile up on a street during a strike by garbage collectors demanding delayed salaries in Sanaa, Yemen May 8, 2017
Rubbish bags pile up on a street during a strike by garbage collectors demanding delayed salaries in Sanaa, Yemen May 8, 2017 - Sputnik Azərbaycan
Abunə olmaq
Qırx beş gün ərzində 860 nəfər qorxunc epidemiya - vəbanın qurbanı olub

BAKI, 11 iyun — Sputnik. Qırx beş gün ərzində 860 nəfər qorxunc epidemiya — vəbanın qurbanı olub.

Sputnik Azərbaycan xəbər verir ki, Yəməndə vəba epidemiyasından ölənlərin sayı aprelin 27-dən bu günə qədər 860 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ölüm halları Yəmənin 20 əyalətində qeydə alınıb. Vəba əlaməti ilə xəstəxanalara 116 min 700 nəfər müraciət edib ki, onların da 46 faizi yaşı 15-dən aşağı olan uşaqlardır.

Yaşı 60-dan yuxarı olan əhalinin isə 33 faizi epidemiyanın qurbanı olub.

ÜST XX əsrin bəlası sayılan və "müharibə xəstəliyi" adlanan vəbanın Yəməndə yenidən peyda olmasını ölkədə gedən hərbi qarşıdurmalar və terror nəticəsində suların çirklənməsi, antisanitariya ilə əlaqələndirib.

ÜST Yəməndə iki ildən bəri davam edən hərbi qarşıdurmalar, siyasi cəhətdən qeyri-sabitlik və asayiş sisteminin zəif olması səbəbindən 19 milyon insanın yardıma ehtiyac duyduğunu bildirib. Qurumun hesabatında qeyd olunub ki, bu ölkədə 350 mindən artıq insanın elementar tibbi yardıma ehtiyacı var.

Təşkilat bildirib ki, XX əsrdə milyonlarla insanın ölümünə səbəb olmuş vəba epidemiyası hazırda təkcə körfəz ölkələrini və Afrikanı deyil, bütün dünyanı təhdid edir.

Xəbər lenti
0