ABŞ dövlət katibi Türkiyəyə bu məsələdən ötrü gəlir

© REUTERS / Jonathan ErnstReks Tillerson
Reks Tillerson - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Dövlət katibinə Dünya Neft Şurasının ən böyük mükafatı sayılan “Dewhurst” medalı təqdim ediləcək

BAKI, 9 iyun — Sputnik. Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Türkiyəyə səfərə hazırlaşır. Sputnik Türkiyə xəbər verir ki, Tillerson iyulun 9-13-də İstanbulda keçiriləcək 22-ci Dünya Neft Konqresində iştirak edəcək.

Zirvədə 50-dən çox ölkənin neft və energetika nazirləri iştirak edəcəklər.

Məlumata görə, ABŞ dövlət katibinə Dünya Neft Şurasının ən böyük mükafatı sayılan “Dewhurst” medalı təqdim ediləcək. Tillerson, bu mükafata layiq görülən 10-cu şəxsdir.

Xəbər lenti
0