ABŞ-ın dəstəklədiyi silahlı dəstə Raqqaya girdi

© AP Photo / Syrian Democratic ForcesСолдат Сирийских ДС, фото из архива
Солдат Сирийских ДС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Raqqa şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı bazar ertəsi başlayıb

BAKI, 6 iyun — Sputnik. Türkiyənin terrorçu təşkilat hesab elədiyi PYD/YPG-nin də təmsil olunduğu "Suriya Demokratik Qüvvələri" İŞİD-in nəzarətindəki Raqqa şəhərinə daxil olub. Sputnik xəbər verir ki, bu haqda SDQ-nin komandiri Roca Felat məlumat verib.

“Silahlı dəstələrimiz şəhərin şərqində yerləşən Mehləb məhəlləsinə daxil olub. Terrorçular elə də ciddi müqavimət göstərə bilmirlər” – komandir deyib.

Raqqa şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı bazar ertəsi başlayıb.

Xatırladaq ki, Raqqa 2013-cü ildən İŞİD-in nəzarətindədir.

Xəbər lenti
0