Daha iki ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri kəsdi

© AFP 2023 / MOHAMMED HUWAISYəmən bayrağı, arxiv şəkli
Yəmən bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yəmən və Liviya hökumətləri də Qətərlə diplomatik əlaqələri kəsdiyini bəyan edib

BAKI, 5 iyun — Sputnik. Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misirdən sonra Yəmən və Liviya hökumətləri də Qətərlə diplomatik əlaqələri kəsdiyini bəyan edib. Sputnik xəbər verir ki, hər iki dövlət Qətəri ölkədəki radikalı qrupları dəstəkləməkdə ittiham edib. Məsələ ilə bağlı Qətərdən hələlik rəsmi açıqlama verilməyib.

Qətərin paytaxtı Doha şəhəri - Sputnik Azərbaycan
Ərəb dünyası parçalandı

Qeyd edək ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra — Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Sonradan Qatar Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

Xəbər lenti
0