Bir saniyəyə milyonçu oldu

CC0 / artbaggage / DollarsДоллары США, фото из архива
Доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kanadalı şəxs lotereyada 40,7 milyon dollar udub

BAKI, 4 iyun — Sputnik. Kanada sakini lotereyada 40,7 milyon dollar udub.

"Report" xəbər verir ki, ölkənin şərqindəki Kvebek vilayətinin sakini "Lotto Max" lotereyasında 55 milyon Kanada dolları (40,7 milyon ABŞ dolları məbləğində) pul uduşunun sahibi olub. 

"Atlantic Lottery" assosiasiyasının nümayəndəsi bildirib ki, ölkə üzrə 10-a yaxın lotereya qalibi var. Lakin qalibin adı hələlik açıqlanmayıb.

Bu oyunda daha səkkiz nəfər 1 milyon Kanada dolları (740 min ABŞ dolları) məbləğində ənənəvi təsəlliverici mükafatlar alıb. Onlardan üçü Ontario vilayətinin sakinləridir.

Qeyd edək ki, ölkə tarixində 64 milyon Kanada dolları (həmin vaxt 49,5 milyon dollar) məbləğində ən böyük cekpot 2015-ci ilin oktyabrında digər lotereya oyunu "49-dan 6"-da oynanılıb.

Kanadada 2015-2017-ci illərdə daha bir neçə dəfə "Max Lotto" lotereyasında 60 milyon dollar məbləğində qeydə alınıb. Uduşların məbləği orta hesabla 46 milyon dollar təşkil edib.

Xəbər lenti
0