Bu təyinat İrana qarşı müharibəni qaçılmaz edir

© AFP 2023 / SAUL LOEBABŞ Mərkəzi Kəşfiyyat İdarəsi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) idarəsi İran masasının başına Əfqanıstan, Pakistan və Yəməndə aktiv vəzifə almış və "Qaranlıq Şahzadə", "Ayətullah Mike" və "Undertaker" olaraq da bilinən Michael D'Andreayı təyin edib

BAKI, 4 iyun — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) idarəsi İran masasının başına Əfqanıstan, Pakistan və Yəməndə aktiv vəzifə almış və "Qaranlıq Şahzadə", "Ayətullah Mike" və "Undertaker" olaraq da bilinən Michael D'Andreayı təyin edib.

Sputnik Azərbaycan akşam-a istinadla xəbər verir ki, bunu "New York Times" və "Aljazeera" saytları öz qaynaqlarına istinadən yayıblar.

Michael D'Andrea'nın Usamə bin Ladenin yaxalanmasında aktiv rol aldığı bilinir.

"Aljazeera" kanalına danışan adını vermək istəməyən sabiq CIA rəsmisi D'Andreanın təyinatının Tramp rəhbərliyinin təcavüzkar bir strategiya ortaya qoyduğunu ilk işarəsi olduğunu söyləyib.

D'Andreayı tanıdığını söyləyən köhnə CIA məmuru Robert Baer isə "Mövzuya dair söyləyə biləcəyim tək şey İranla müharibə artıq kartlar arasında" deyə bildirib.

Michael D'Andrea müsəlman olduqdan sonra müsəlman bir qadınla evlənib. Səlahiyyətlilərin ifadəsinə görə 50-ci illərin sonlarında İraq, Misir və digər ölkələrdə gizli vəzifələrdə olub.

"New York Times" qəzetinin xəbərinə görə isə D'Andrea 2008-ci ildə sui-qəsdlə öldürülən Livan Hizbullah lideri İmad Muğniyənin Şamda sui-qəsdə uğramasını təmin edən adamdır. D'Andrea bu əməliyyatı "Ayətullah Mike" adıyla idarə edib.

2003-ci ilin İraq müharibəsi zamanı Bağdaddakı ən qocaman CIA zabiti idi. 2006-ci ildə Terrorla Mübarizə Mərkəzinin başına gətirilən D'Andreanın yerinə isə Robert Grenier təyin olunub.

Xəbər lenti
0