ABŞ-ın Suriyada PYD/PKK-ya hərbi yardımları davam edir

© Sputnik / Stanislav Savelyev / Mediabanka keçidФлаг Соединённых Штатов Америки, фото из архива
Флаг Соединённых Штатов Америки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Suriyada terror təşkilatı PYD/PKK-ya İŞİD-lə mübarizə səbəbiylə hərbi yardımları davam edir

BAKI, 3 iyun — Sputnik. ABŞ-ın Suriyada terror təşkilatı PYD/PKK-ya İŞİD-lə mübarizə səbəbiylə hərbi yardımları davam edir.

Sputnik Azərbaycan milliyet-ə istinadla xəbər verir ki, təxminən 3 həftədə ümumilikdə 218 yük maşını Raqqanın şimalındakı təşkilat üzvlərinə göndərilib.

Məlumatlara görə, dünən gecə sursat daşıyan 70 maşın ABŞ-ın Hasekedeki Rümeylan hərbi hava bazasından yola düşüb.

Mayın 15-dən etibarən isə 218 yük maşını göndərilib.

Həftənin əvvəlində ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) ilk dəfə PYD/PKK-ya yüngül silahlar və hərbi vasitələr göndərdiyini deyərək İŞİD-lə mübarizə çərçivəsində təşkilatı dəstəkləməyə davam edəcəyini açıqlamışdı.


Xəbər lenti
0