10:16 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
67410

Şirkət oğrular haqqında: Dəvət etsəydilər, onlara sponsorluq edə bilərdik

BAKI, 2 iyun — Sputnik. ABŞ-ın Las Veqas şəhərində seks oyuncağı istehsal edən LELO firmasına məxsus bir depoya girən iki oğru, 30 min prezervativ oğurlayıb.

Sputnik Türkiyə xəbər verir ki, Las Veqasda iki oğru İsveçin seks oyuncaq firması olan LELO-nun deposuna dadanıb. Oğrular depoya ilk dəfə daxil olanda 30 min prezervativ oğurlayıblar. İkinci soyğunda isə özləri ilə dəyəri 9 min dollardan çox olan 33 prostat masajı aləti və elastik şar götürüblər.

LELO oğruların izini tapmaq üçün təhlükəsizlik kamerasına düşən soyğunun görüntülərini Twitter-də paylaşıb. Videonu paylaşarkən "Soyulduq və oğruların bu qənimətlərlə nə edəcəklərini bilirik. Videomuz var!" ifadəsini yazıblar.

Firmanın internet saytında verilən açıqlamada isə həmin oğrular "dünyanın ən azğın oğruları" adlandırılıb. Sayt yazıb: "Bu insanlar necə bir ziyafət təşkil edir! Sponsorluq, yaxud da başqa bir şey edə bilərdik. Dəvət etsəydilər, yaxşı olardı".

Əlaqədar

Şabran sakinindən kuryoz oğurluq
Oğurluq çaxırla nənəsini müalicə etdirmək istəyirmiş
Şəkidə maraqlı oğurluq
Parlamentdə tələb: "Xalqın vəsaitini oğurlayanlar cəzalandırılsın"
Teqlər:
prostat masajı aləti, oğurluq, LELO şirkəti, Las Veqas şəhəri, İsveç, ABŞ

Əsas mövzular