Sıra "Facebook" "layk"larına çatdı - cərimə

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçid"Facebook"
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək heç kəs başqasının düşüncəsini bəyəndiyinə görə cəzalandırılmamışdı

BAKI, 31 may — Sputnik. İsveçrə məhkəməsi, 45 yaşlı vətəndaşı, "Facebook" sosial şəbəkəsində yazılan statusu "layk" (like — bəyənmə) elədiyinə görə 4000 dollar (təxminən 6800 manat) məbləğində cərimələyib. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, bu cür qərar ölkə tarixində bir ilkdir. İndiyədək heç kəs, başqasının düşüncəsini bəyəndiyinə görə cəzalandırılmayıb.

Məlumata görə, cərimələnən şəxs 2015-ci ildə Heyvanların Müdafiəsi Assosiasiyasının rəhbəri Ervin Kessleri irqçilik və antisemitizmdə ittiham edən fəalların şərhini "layk" edib. Buna cavab olaraq E.Kessler yalnız şərhin müəlliflərini yox, həm də onu bəyənənləri məhkəməyə verib. Məhkəmə hakimi, "layk" işarəsinin başqasının fikri ilə razılaşmaq anlamına gəldiyini və deməli, cavabdeh şəxsin şərhdə yazılan təhqiramiz ifadələrlə razılaşdığını bildirib.

Xəbər lenti
0