19:01 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
33411

Alimlər 150 mindən çox "Facebook" istifadəçisinin like-larını analiz edərək maraqlı nəticəyə gəliblər

BAKI, 31 may — Sputnik. ABŞ alimləri Amerika narkomanların və alkoqol aludəçilərinin sevimli musiqi qruplarını və filmlərini müəyyən ediblər. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən araşdırma Cornell Universitetinin elektron kitabxanasının saytında açıqlanıb.

Alimlərin araşdırmasının nəticəsinə görə, ABŞ-ın narkotik preparatlar qəbul edən sakinlərinin əksəriyyəti Radiohead, The Cure, Depeche Mode, The Smiths və Arctic Monkeys kimi musiqi qruplarına qulaq asırlar. Amerikalı alkoqol aludəçilərinin sevimli filmləri siyahısındakı top ikiliyə "V – Vandetta deməkdir" (V for Vendetta) və "Bundok müqəddəsləri" (The Boondock Saints) daxildir.

Bu nəticəyə müəlliflər, kompüter tədqiqatları proqramı tərəfindən həyata keçirilmiş 150 mindən çox ingilisdilli amerikalının "Facebook" hesabındakı like-ların analizi sayəsində gəliblər. Mütəxəssislər qeyd ediblər ki, onların hazırladıqları sistem "Facebook" istifadəçilərinin asılılıqları ilə bağlı son dərəcədə düzgün tədqiqat aparmağa qadirdir. Bu sistem siqaret alışqanlığı olanları 86%, narkotik asılılığı olanları 84%, alkoqol asılılığı olanları isə 81 % düzgün təyin edir.

Əlaqədar

"Narkotik çəkmək üçün sulu qəlyandan istifadə edirlər"
Narkotik vasitələrlə bağlı qanuna dəyişiklik edilə bilər
Ölkədə 612 nəfər narkoman qadın qeydiyyatdadır
Külli miqdarda narkotik müsadirə olunub
İynə vasitəsilə narkotik qəbul edənlərin QİÇS-ə yoluxması artır
İki metrlik piton narkotik asılılığından müalicə olunur
Azərbaycanda narkotrafikin qarşısını bu it aldı
Teqlər:
musiqi qrupları, alkoqol aludəçiləri, narkoman, alim, film, Amerika, ABŞ

Əsas mövzular