Çin ABŞ-ı təxribatları dayandırmağa çağırıb

© AP Photo / Andy WongФлаги Китая на здании Дома народных собраний в Пекине, фото из архива
Флаги Китая на здании Дома народных собраний в Пекине, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çinin iki çoxfunksiyalı “J10” hərbi təyyarəsi Honkonqun hava məkanından 240 km cənub-şərqdə ABŞ-ın “P-3 Orion” patrul təyyarəsinə 30 metrə qədər yaxınlaşıb

BAKI, 28 may — Sputnik. Çin Müdafiə Nazirliyi növbəti dəfə ABŞ Hərbi Hava və Hərbi Dəniz qüvvələrini Cənubi Çin dənizində Çinin suverenliyi və təhlükəsizliyinə təhlükə yaradan təxribat xarakterli fəaliyyətlərini dayandırmağa çağırıb.

RİA Novosti-nin verdiyi məlumata görə, Çin Müdafiə Nazirliyi Çin Silahlı Qüvvələrinin ölkənin suverenliyi və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcəyini bəyan edib.

Bundan əvvəl ABŞ KİV-ləri yazıb ki, mayın 25-də Çinin iki çoxfunksiyalı “J10” hərbi təyyarəsi Honkonqun hava məkanından 240 km cənub-şərqdə ABŞ-ın “P-3 Orion” patrul təyyarəsinə 30 metrə qədər yaxınlaşıb.

Xəbər lenti
0