Türkiyədə azərbaycanlı İŞİD-çi tutuldu, dəhşətli planın üstü açıldı

© AFP 2023 / YASIN AKGULПолицейские в Стамбуле, фото из архива
Полицейские в Стамбуле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dərhal əməliyyat planı hazırlanıb və terrorçular paytaxtda məhv edilib

BAKI, 22 may — Sputnik. Türkiyənin paytaxtı Ankarada, İŞİD terror təşkilatının iki üzvü öldürülüb. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

Bəlucistan əyalətində baş verən hadisə zamanı 25 nəfər həlak olub, daha 35 nəfər yaralanıb - Sputnik Azərbaycan
Bu terrorun məsuliyyətini İŞİD üzərinə götürüb

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Ankara meri Ərcan Topaca deyib ki, terrorçular AKP-nin qurultayı zamanı, həmin binada partlayış törətmək istəyiblər: "Onlar prezident Ərdoğanın da iştirak etdiyi AKP-nin qurultayını partlatmaq istəyiblər".

Topaca daha sonra deyib: "İŞİD-in Azərbaycandan olan üzvü İstanbulda həbs edilib. Onun ifadəsindən sonra terrorçuların planının üstü açılıb".

Merin dediyinə görə, həmin azərbaycanlı terrorçunun son dövrlərdəki fəaliyyəti diqqət çəkib: "O, İstanbulda maşın kirayə götürüb və iki nəfər terrorçunu Ankaraya gətirib. Onu artıq İstanbulda izləməyə başlayıblar. Azərbaycan vətəndaşı Ankaraya iki terrorçunu gətirəndən sonra yenidən İstanbula qayıdıb. Onu elə İstanbula çatan zaman tutublar. Həmin şəxs deyib ki, Ankarada terror aktı hazırlanır. Bundan dərhal sonra əməliyyat planı hazırlanıb və terrorçular paytaxtda məhv edilib".

Xəbər lenti
0