Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əməliyyat otağında əlbəyaxa dava

CC0 / Master Sgt. John Nimmo, Sr. / Joint Readiness Training Center Медицинские инструменты, фото из архива
Медицинские инструменты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Çinin Henan əyalətinin Lankao şəhərinin xəstəxanalarından birində baş verib

BAKI, 22 may — Sputnik. Çində xəstəxanada qəribə hadisə baş verib. Belə ki, əməliyyat zamanı tibb işçiləri arasında mübahisə yaranıb və onları məsələni yumruqla həll etmək qərarına gəliblər. Shanghaiist portalı isə hadisənin videosunu yayımlayıb.

Məlumata əsasən, hadisə Çinin Henan əyalətinin Lankao şəhərinin xəstəxanalrından birində baş verib. Kadrlardan görünür ki, tibb bacısı ilə tibb qardaşı mübahisə edirlər və oğlan əlcəklərini qızın sifətinə atır. Qəzəblənmiş qadın kişiyə yumruq vurmaq istəyir, lakin özün yumruqlanır. Sonra əməliyyatdakı digər şəxslər məsələyə qarışırlar və davaya görə əməliyyat yarımçıq qalır.

Daily Mail-in müxbirləri isə dalaşanların sevgili olduqlarını müəyyən ediblər. Əməliyyat zamanı oğlan qıza səhv etdiyini deyib və qızın reaksiyası davaya səbəb olub. 

Hadisəni polis araşdırır.

Xəbər lenti
0