CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kliniki ölüm keçirdi, bütün həyatı dəyişdi

Lotereya bileti
Lotereya bileti - Sputnik Azərbaycan
Abunə olmaq
Avstraliyalı Bill Morqanın başına gələnləri "bəxtəvərlik" də adlandırmaq olar

BAKI, 22 may — Sputnik. Avstraliyalı Bill Morqanın başına gələnlər istənilən adamı təəccübləndirə bilər. 37 yaşlı Morqan yük avtomobili sürücüsü olub və bir gün yol qəzasından sonra çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Xəstəxanada Billə vurulan iynələr allergik reaksiyaya səbəb olub və onun ürəyi dayanıb.

Billin kliniki ölümü 14 dəqiqə davam edib. 15-ci dəqiqədə Morqan "dirilib". 12 gündən sonra isə komadan ayılıb. Xəstəxanadan çıxdıqdan sonra Morqan sürücülüyün daşını atmaq qərarına gəlib. Bir-iki gündən sonra dükandan aldığı şeylərə görə verilən qalığa lotereya bileti alan Morqan avtomobil udub. 

Hadisə yerli televiziyanı maraqlandırıb və jurnalistlər Morqandan müsahibə almaq qərarına gəliblər. Müsahibə üçün gələn müxbir Billdən "canlı" süjet alınması üçün daha bir lotereya bileti almasını xahiş edib.

Bill müsahibə zamanı lotereya biletini cıraraq "Mən avtomobil uddum" deməli imiş. Həmin səhnəni çəkərkən Bill lotereya biletini cırıb və "Mən 250 min dollar uddum" deyib. Müxbir onun lotereya biletinə baxanda görüb ki, Morqan ikinci lotereya biletində də udub və bu dəfə uduş 250 min dollar olub!


Xəbər lenti
0