09:00 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
İranlı seçicilər

İran xalqı qərarını verdi

© REUTERS / TIMA via REUTERS
DÜNYA
Qısa URL
71611

İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib

BAKI, 20 may — Sputnik. Dünən İranda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Sputnik İran xəbər verir ki, 4 namizəd arasında gedən mübarizədə, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir.

Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir. Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.

İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq. O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.

İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.

Əlaqədar

Tramp bu namizədi İran prezidenti görmək istəyir
Türkiyənin İranla sərhədə divar çəkməsinə Tehrandan münasibət
İranda faciə nəticəsində ölənlərin sayı 42-yə çatıb
Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirməyi müzakirə edirlər
Zakir Həsənov İrana niyə gedib?
Teqlər:
ilkin nəticələr, İbrahim Rəisi, İran, Həsən Ruhani, seçki, prezident

Əsas mövzular