Həbs olunduğu deyilən jurnalistdən açıqlama gəldi

© Photo : STRTürkiyənin müxalifətdə olan nüfuzlu "Sözçü" qəzetinin sahibi Burak Akbay
Türkiyənin müxalifətdə olan nüfuzlu Sözçü qəzetinin sahibi Burak Akbay - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyənin ən çox satılan qəzetinin sahibi, sadəcə doğruları yaZmağı qərara alan komandanın üzvü olduğum üçün hədəf alıblar. Bilirəm, doğru və dürüst qəzetçilik etdiyim üçün hədəfdəyəm"

BAKI, 19 may — Sputnik. Türkiyənin müxalifətdə olan nüfuzlu "Sözçü" qəzetinin sahibi Burak Akbay həbs olunmayıb. Sputnik Azərbaycan sözügedən qəzetin saytına istinadən xəbər verir ki, onun evində axtarış aparılsa da, qəzetçinin həbsi xəbəri yalan çıxıb.

Наручники, фото из архива - Sputnik Azərbaycan
Məşhur qəzetin rəhbəri həbs olundu - dövlətə xəyanət

Vəkil Cəlal Ülgən, Akbay və qəzetin digər əməkdaşları barəsində həbs qərarı çıxarılmadığını, sadəcə axtarış aparmaq və materialların müsadirə edilməsi qərarının verildiyini bəyan edib. "Sözçü" isə yazır ki, Akbay tez-tez Londona səfər edir və evində axtarış aparıldığı zaman da İngiltərədə olub. Qəzetin iddiasına görə, axtarış qərarının 19 may – Atatürkü Anma, Gənclik və Spor bayramı gününə, eləcə də Akbayın ölkədə olmaması vaxtına salınması təsadüf olmaya bilər.

Bu arada, Burak Akbay evində axtarış aparılması xəbərinə belə münasibət bildirib: "Cümhuriyyətimizin xilaskarı və qurucusu Atatürkün anasının belə, təhqir edildiyi bir vaxtda mənə qarşı təzyiqlərin olması çox normaldır… Türkiyənin ən çox satılan qəzetinin sahibi, sadəcə doğruları yazamağı qərara alan komandanın üzvü olduğum üçün hədəf alıblar. Bilirəm, doğru və dürüst qəzetçilik etdiyim üçün hədəfdəyəm".

Akbay, prokurorun onun barəsində "ölkədən qaçıb, fəraridir" açıqlamasının isə qalmaqal olduğunu deyib: "Referendum zamanı vətəndaş kimi səs vermək üçün Londondan İstanbula döndüm. Referendumdan sonra nənəm rəhmətə getdi və mən yenə Türkiyəyə döndüm. Bu necə ölkədən qaçmaq, necə fərarilikdir? Anlamaq mümkün deyil…"

Xəbər lenti
0