Bu gün İranda prezident seçkiləri keçirilir

© Photo : TIMA via REUTERSЛюди голосуют в ходе президентских выборов на одном из избирательных участков в Тегеране, 19 мая 2017 года
Люди голосуют в ходе президентских выборов на одном из избирательных участков в Тегеране, 19 мая 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Rəy sorğusuna əsasən, Həsən Ruhani və İbrahim Rəisinin qalib olma şansları daha çoxdur

BAKI, 19 may — Sputnik. Bu gün İranda prezident seçkiləri keçirilir. Artıq səhər saat 07:30-dan etibarən 63 mindən çox məntəqədə səsvermə prosesi başlayıb.

Sputnik İran xəbər verir ki, yarış dörd namizəd arasında keçirilir. Hazırki prezident Həsən Ruhani ilə yanaşı, ölkənin sabiq baş prokuroru İbrahim Rəisi, keçmiş mədəniyyət və islam maarifləndirilməsi naziri Mustafa Ağa Mirsəlim və keçmiş sənaye naziri Mustafa Haşimi Taba prezidentlik uğrunda mübarizə aparır.

Rəy sorğusuna əsasən, Həsən Ruhani və İbrahim Rəisinin qalib olma şansları daha çoxdur.

Xəbər lenti
0