23:33 17 Noyabr 2017
Canlı yayım
Марш памяти Бориса Немцова

Amerikada küçəyə mərhum müxalifətçinin adı veriləcək

© Sputnik / Yevgeniy Odinokov
DÜNYA
Qısa URL
36 0 0

Boris Nemtsov 2015-ci ilin fevralında gecə saatlarında qətlə yetirilib

BAKI, 18 may — Sputnik. İki il əvvəl qətlə yetirlimiş rusiyalı müxalif siyasətçi Boris Nemtsovun adı Amerikada küçəyə verilə bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Milli Təhlükəsizlik və Senatın Hökumət İşləri Komitəsi məlumat yayıb. Komitə, Rusiyanın Vaşinqtondakı səfirliyi qarşısındakı küçənin adının dəyişdirilməsinə dair qanun layihəsini dəstəkləyib.

Qanun layihəsini komitəyə respublikaçı Mark Rubion təqdim edib.

Qərarın qüvvəyə minməsi üçün, Konqresin təsdiqinə ehtiyac var. Sonda isə, qərar prezident Donald Tramp tərəfindən imzalanmalıdır.

Xatırladaq ki, müxalif siyasətçi Boris Nemtsov 2015-ci ilin fevralında gecə saatlarında qətlə yetirilib.

Əsas mövzular