10:46 23 Fevral 2018
Canlı yayım
Avropa İttifaqı

Avropa İttifaqı ölkələri arasında qaçqın qalmaqalı

vesti.az
DÜNYA
Qısa URL
62 0 0

Macarıstan, Polşa və Avstriya bu günə qədər bir nəfər qaçqına da sığınacaq verməyib

BAKI, 17 may — Sputnik. Avropa İttifaqı Komissiyasının miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə komissarı Dimitris Avramopulos, 160 min qaçqınının bölüşdürülməsini nəzərdə tutan mexanizmdə iştirak etməyən üzv ölkələr haqqında təhqiqat aparılacağını açıqlayıb. Sputnik Azərbaycan bu barədə "TRT"-yə istinadən xəbər verir.

Avramopulos, Avropa Parlamentinin Fransanın Strasburq şəhərində keçirilən iclasında, Aİ ölkələrinin 160 min qaçqının kvota sistemi ilə İttifaq ölkələrinə yerləşdirilməsini nəzərdə tutan mexanizmdə iştirak etməsinin hüquqi və əxlaqi vəzifə olduğunu qeyd edib.

Aİ ölkələri daxili işlər nazirlərinin əksəriyyətinin rəyi ilə qəbul edilən mexanizmin prinsipinin həmrəylik olduğuna işarə edən Avramopulos, "söhbət təkcə İtaliya və Yunanıstanın maraqlarından getmir, eyni zamanda bütün Avropa İttifaqının marağından gedir. Kvota sistemi ilə bu günə qədər təxminən 18 min qaçqın yerləşdirilib, amma bu rəqəm həddən çox azdır" deyib.

Komissiya iclasında bu günə qədər bir nəfər də qaçqın yerləşdirməyən üzv ölkələr arasında Macarıstan, Polşa və Avstriyanın adları çəkilib.

Əlaqədar

Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş
“Azərbaycan nə Avropa, nə də Avrasiya İttifaqına üzvlüyü düşünmür”
Britaniyanın Avropa İttifaqından ayrılması proseduru başladı
Avropa İttifaqı üçün həyacan siqnalı
"Avropa İttifaqı qeyri-effektivdir"
Türkiyə Avropa İttifaqını böyük yükdən xilas etdi
Teqlər:
Dimitris Avramopulos, Avropa İttifaqı Komissiyası, kvota, Fransa, qaçqın

Əsas mövzular