Ərdoğan Vaşinqtonu bir-birinə qatdı

© AFP 2023 / Dave Clark Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında, ABŞ-da yaşayan türklər arasında qarşıdurma yaşanıb
Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında, ABŞ-da yaşayan türklər arasında qarşıdurma yaşanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşıdurmalarda 9 nəfər xəsarət alıb, onların hamısı xəstəxanaya çatdırılıb

BAKI, 17 may — Sputnik. Dünən Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında, ABŞ-da yaşayan türklər arasında qarşıdurma yaşanıb. Vaşinqtonda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında yaşanan toqquşmaya polis müdaxilə edib.

Sputnik Azərbaycan "Son Dakika"-ya istinadən xəbər verir ki, səfirliyə yaxın ərazi polis tərəfindən mühasirəyə alınıb, nəqliyyatın hərəkətində müvəqqəti fasilə yaranıb. Qarşıdurmalarda 9 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya çatdırılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti
0