05:39 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
15 0 0

“Rudau” telekanalının məlumatına görə, hazırda İŞİD-in nəzarətində Mosulun yalnız 10 faizi qalıb

BAKI, 15 may — Sputnik. ABŞ Prezidenti Donald Trampın İŞİD terror qruplaşması ilə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurk Mosul uğrunda döyüşlərin yekun mərhələyə qədəm qoyduğunu bəyan edib.

Bağdadda səfərdə olan xüsusi nümayəndə Associated Press agentliyinə müsahibəsində İraq qüvvələrinin ikinci dünya müharibəsindən bəri ən mürəkkəb şəhər döyüşlərində İŞİD-i “tam məğlubiyyətə uğratdığını” deyib.

İraq qoşunları kürd könüllülərinin və ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiyanın dəstəyi ilə ötən ilin oktyabrında İŞİD-in bu ölkədə əsas və son dayaq məntəqəsi olan Mosulun azad edilməsi üçün əməliyyata başlayıb. Yanvar ayında hökumət qüvvələri şəhərin şərq hissəsini terrorçulardan təmizləyərək fevralda qərbi Mosul istiqamətində hücuma keçib. Mühasirəyə alınmış köhnə şəhərdə terrorçuların 200 mindən çox mülki əhalini girov saxladıqları ehtimal olunur.

“Rudau” telekanalının məlumatına görə, hazırda İŞİD-in nəzarətində Mosulun yalnız 10 faizi qalıb.

Əsas mövzular