CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On dörd il uşaqlarını gizlədən valideynləri polis ifşa etdi

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onların sözlərinə görə, onlar uşağı ona görə kilid altında saxlayıblar ki, onun sağlamlığına zərər gəlməsindən qorxublar

BAKI, 12 may — Sputnik. İsrailin Hadera şəhərində anadan olduğu gündən valideynləri tərəfindən qapalı şəraitdə saxlanan 14 yaşlı oğlan uşağı azad edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə BBC News xəbər verib.

Uşaq polisə deyib ki, onu evdən həyətə yalnız ayda 2 dəfə, özü də adətən gecə vaxtı çıxarıblar. Qeyd olunub ki, hərdən oğlanı balkondakı qəfəsdə saxlayıblar.

Uşağın valideynləri həbs edilib. Onların sözlərinə görə, onlar uşağı ona görə kilid altında saxlayıblar ki, onun sağlamlığına zərər gəlməsindən qorxublar.

BBC News-un yazdığına görə, qonşular dəfələrlə yerli hakimiyyətə həmin mənzildən pis iy gəldiyi barədə məlumat veriblər. Evin sakinlərindən biri uşağı pəncərədə görərkən məlumat verib. Çiko Uakninin (Chiko Waknin) sözlərinə görə, yeniyetmə "qorxu filmlərindəki zombi" kimi görünürdü.

"Mən onun gözlərini və necə baxdığını gördüm. Sanki o, məndən kömək istəyirdi. Onda mən qərara gəldim ki, nə isə edim" — deyə kişi bildirib.

Uşağın valideynlərinin 60-a yaxın yaşı var. Onlar Hadera şəhərinə 2009-cu ildə Rusiyadan köçüblər. Onlar hakimiyyətə uşaqlarının olduğunu xəbər verməyiblər və onu məktəbə göndərməyiblər.

Uşağın anasının vəkili yerli mediaya açıqlamasında deyib ki, valideynləri "sağlamlıq problemləri olan oğlanı qorumaq" üçün bu addımı atıblar.

 

Xəbər lenti
0