01:36 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan ABŞ-a qəzəbli halda gedir

© Foto : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERS
DÜNYA
Qısa URL
24110

"Biz Vaşinqtona boşu-boşuna, məzə üçün getmirik. Bu səfər vergül yox, nöqtə olacaq"

BAKI, 12 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, mayın 16-da gerçəkləşəcək ABŞ səfəri ilə bağlı jurnalistlərə açıqlama verib. Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, Ərdoğan bu səfərin konkret nəticələrə hesablandığını deyib.

"Biz Vaşinqtona boşu-boşuna, məzə üçün getmirik. Bu səfər vergül yox, nöqtə olacaq. Türkiyə olaraq ABŞ tərəfinə öz narahatlıqlarımızı çatdıracağıq. PYD/YPG-ni terrorçu olaraq gördüyümüzü onlara dəfələrlə söylədik. Türkiyəni dinləmələrini tələb edəcəyik" — Ərdoğan bildirib.

"Bu bölgədə, nə Amerikaya təhdid var, nə də Rusiyaya. Təhdid bizə və Suriyanın öz insanlarınadır. Belə olan halda atacağımız addımların o ölkələrə heç bir aidiyyəti yoxdur. ABŞ bizimlə NATO-da müttəfiqdir. Ona görə də bizim yanımızda durmalıdır, terrorçuların yox. Mən Amerikaya terrorçuların yanında olmağı yaraşdırmıram. İnanıram ki, bu səfər yeni mərhələnin başlanğıcı olacaq" — Türkiyə prezidenti əlavə edib.

Əlaqədar

Ağ Evdən Ərdoğanla bağlı mühüm açıqlama gəldi
Ərdoğandan gözlənilməz Suriya etirafı
Putin Ərdoğana söz verdi
Ərdoğan planlarını açıqladı
Ərdoğan Hindistan prezidentindən görün nə istədi
Ərdoğan bu ölkəyə də qoşun yeridəcək
Teqlər:
Rəcəb Tayyib Ərdoğan, Türkiyə, səfər, ABŞ

Əsas mövzular