01:37 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Rusiya prezidenti Vladimir Putin

Vladimir Putindən vacib Fələstin açıqlaması

© Sputnik / Mikhail Klimentyev
DÜNYA
Qısa URL
120 0 0

Putin: “Rus vətəndaşlarının Fələstinə gedərək oradakı tarixi xristian məbədlərini ziyarət edə bilməsi üçün görülən təhlükəsizlik tədbirlərini xüsusilə təqdir edirəm”

BAKI, 12 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin Soçidə Fələstinin dövlət başçısı Mahmud Abbasla görüşüb. Bir saata yaxın davam edən görüşdən sonra liderlər jurnalistlərin suallarını cavablandırıb.

Sputnik xəbər verir ki, Putin, Yaxın Şərqdə sülhün bərqərar olması üçün iki dövlətli həllin vacib olduğunu bildirib. "Fələstin-İsrail münaqişəsi beynəlxalq hüquq normalarına uyğun şəkildə, dialoqla həllini tapmalıdır. Müstəqil Fələstin dövlətinin qurulması Yaxın Şərqdə sülhün zəmanətidir" — Kreml rəhbəri deyib.

Rusiya prezidenti, ölkəsinin hər zaman Fələstinin problemlərinə diqqətlə yanaşdığını, iki ölkə xalqları arasında dərin əlaqələrin olduğunu söyləyib. "Mən, cənab Abbasa Rusiyaya səfər etdiyi üçün bir daha öz təşəkkürümü bildirirəm. Rus vətəndaşlarının Fələstinə gedərək oradakı tarixi xristian məbədlərini ziyarət edə bilməsi üçün görülən təhlükəsizlik tədbirlərini xüsusilə təqdir edirəm" — Putin qeyd edib.

Öz növbəsində Mahmud Abbas da, Rusiyaya Fələstin məsələsinə diqqət ayırdığı üçün minnətdarlığını çatdırıb.

 

Əlaqədar

Putin Ərdoğana söz verdi
Rusların Putinlə bağlı mövqeləri bəlli oldu
Kreml Vladimir Putinin "varisi" ilə bağlı açıqlama verdi
Putin və Ərdoğan bu tarixdə görüşəcəklər
Kreml: Putin Ərdoğanı təbrik edib
Vladimir Putin ABŞ-la münasibətlərdən şikayətləndi
Teqlər:
münaqişə, Yaxın Şərq, İsrail, Fələstin, Mahmud Abbas, Putin

Əsas mövzular