Ağ Evdən Ərdoğanla bağlı mühüm açıqlama gəldi

© REUTERS / Sergei KarpukhinTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp mayın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə qəbul edəcək

BAKI, 11 may — Sputnik. "ABŞ prezidenti Donald Tramp, mayın 16-da Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə qəbul edəcək". Sputnik xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser yazılı məlumat yayıb.

"Prezident Donald Tramp mayın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə qəbul edəcək. Görüşdə iki lider, ikitərəfli əlaqələrin nə cür güclənə biləcəyini, terrorizmin bütün növlərinə qarşı əməkdaşlığın necə artırılacağını müzakirə edəcək" — Spayser qeyd edib.

Qeyd edək ki, Donald Trampın, PKK terror təşkilatının Suriya qolu hesab edilən PYD-yə ağır silahlar göndərməsini nəzərdə tutan fərmanı imzalaması səbəbilə Ərdoğanla baş tutacaq görüşün gərgin keçəcəyi gözlənilir.

Xəbər lenti
0