14:37 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğandan gözlənilməz Suriya etirafı

© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERS
DÜNYA
Qısa URL
283 0 0

Ərdoğan: "Əsrlər boyu İslamın və müsəlmanların ən nadir tarixi əsərlərinə ev sahibliyi etmiş Suriya və İraq torpaqlarında yaşanan vəhşilik, ürəyimizi parçalayır, yandırır"

BAKI, 8 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən, "Müqəddəs əmanətlərin işığında" başlıqlı konfransda, Yaxın Şərqdə davam edən insanlıq dramına toxunub. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

Müsəlmanların yaşadığı coğrafiyalarda baş verən müharibələrin qəlbini yaraladığını deyən prezident, maddi və mənəvi dəyərlərin ağır zərbə aldığını söyləyib.

"Ah Suriya, kaş ki səni heç tanımasaydım. Səndə olan bütün dağıntılar məni dərindən yaralayır. İslam tarixi baxımından necə mənəvi və dəyərli əsərlər dağılır, gözümüzün qarşısında yox olur. Əsrlər boyu İslamın və müsəlmanların ən nadir əsərlərinə ev sahibliyi etmiş Suriya və İraq torpaqlarında yaşanan vəhşilik, ürəyimizi parçalayır, yandırır" — Ərdoğan qeyd edib.

Türkiyə prezidenti, ölkəsi ətrafında oynanılan oyunlara da toxunaraq, türklərin bu tələyə düşməyəcəyini, birlik və bərabərliyin qorunacağını bildirib.

Əsas mövzular