Kanadanın müsəlman "baş naziri" dünyaya gəlib

© AP Photo / Enrique De La OsaKanadanın baş naziri Castin Trudo
Kanadanın baş naziri Castin Trudo - Sputnik Azərbaycan
Abunə olmaq
Ərəb ailə minnətdarlıq əlaməti olaraq yeni doğulmuş körpəyə Justin Trudeaunun adını verib

BAKI, 7 may — Sputnik. Məhəmməd və Əfra Bilan ötən ilin fevral ayında Kanadaya gələndə onlar tamamilə yeni bir ölkədə həyat qurmağa hazırlaşırdılar.

Suriya paytaxtı Dəməşqdən olan cütlük uşaqları Naya və Nael ilə qışın ortasında Montreala məcburi köçkün kimi gəlmişdilər.

© Photo : FACEBOOK/SAM NAMMOURAJustin Trudeau Adam Bilan
Justin Trudeau Adam Bilan - Sputnik Azərbaycan
Justin Trudeau Adam Bilan

Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, Kanadanın baş nazir Justin Trudeau başqalarını qarşıladığı kimi Bilan ailəsini aeroportda qarşılamayıb.

Lakin Məhəmməd və Əfra baş nazirə "təşəkkürlərini bildirmək" üçün təzə doğulmuş körpələrinə onun adını veriblər.

Justin Trudeau Adam Bilan cümə axşamı günü, valideynlərinin yeni məmləkəti olan Calgary şəhərində doğulub.

29 yaşlı Məhəmməd Dəməşqdə bərbər idi. Amma Suriya ordusu onu hədəfə almış və həbs etmişdi.

Azadlığa buraxılandan sonra onun ailəsi öyrənmişdi ki, hakimiyyət onu yenə də axtarır və o, yenə həbs edilə bilərdi.

© Photo : FACEBOOK/MUHAMMAD BİLANMəhəmməd Bilan və oğlu
Məhəmməd Bilan və oğlu - Sputnik Azərbaycan
Məhəmməd Bilan və oğlu

Justin Trudeau hakimiyyətə gəlib Suriya qaçqınlarını ölkəyə buraxacağını bildirəndə onlar bu şansı buraxmaq istəmədilər. Suriya müharibəsinin başlamasından beş il keçmiş onlar Kanadaya üz tutdular.

Bir müddət Montreal-da yaşayandan sonra ailə Calgary şəhərinə köçürüldü.

"Kanada çox təhlükəsizdir — müharibə yox, heç nə yox"- Əfra Bilan BBC-yə deyib.

"Burada hər şey fərqlidir, hər şey yaxşıdır — Suriyaya heç oxşamır" deyən Əfra Kanadaya təzə gələndə "bir az narahat" olduğunu qeyd edir: yeni həyat tərzinə, xüsusilə soyuq havaya alışmaq çətin idi.

Amma indi o, ingilis dilində təmiz danışır, Məhəmməd isə dükanda işləyir.

Onlar ümid edirlər ki, bir gün balaca Justin Trudeau daha məşhur adaşı ilə tanış olacaq.

"O, çox yaxşı kişidir. Bizə çox kömək etdi. Bu, bizi Kanadaya gətirdiyinə görə kiçik bir təşəkkür kimidir. Biz ona və bütün Kanada xalqına təşəkkürlərimizi bildirmək istəyirik" — Əfra bildirib.

Justin Trudeay 2015-ci ilin noyabr ayında Baş nazir seçilib. O vaxtdan bu ilin yanvar ayına qədər Kanadaya Suriyadan 40 000 məcburi köçkün daxil olub. Təxminən 1000 nəfər Calgary şəhərində yaşayır.

Xəbər lenti
0