Etirazçılar keçmiş prezidentin heykəlini uçurdular

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidУго Чавес
Уго Чавес - Sputnik Azərbaycan
Abunə olmaq
Venesuela hökuməti insidentlə əlaqədar hələ ki, şərh verməyib

BAKI, 6 may — Sputnik. Venesuelanın Vilya-del-Rosario şəhərində etirazçılar sabiq prezident Uqo Çavesin heykəlini dağıdıblar.

APA-nın xəbərinə görə, bu barədə “Nacional” qəzeti məlumat verib.

Venesuela hökuməti insidentlə əlaqədar hələ ki, şərh verməyib.

Aprelin 4-də Ali Məhkəmə müxalif parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb Konstitusiya Assambleyasının çağırılması olub. Bunu ölkə prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən 1 May nümayişində bəyan edib. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma dövlət quruluşunu dəyişməklə yanaşı qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib

Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 37-yə çatıb, 1000-ə yaxın insan xəsarət alıb.

Xəbər lenti
0