01:07 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
ABŞ Konqresi

Birləşmiş Ştatların 1.1 trilyon dollarlıq büdcə layihəsi qəbul edildi

© AP Photo / Alex Brandon
DÜNYA
Qısa URL
119 0 0

Son mərhələdə prezident Donald Tramp sənədə imza atmalıdır

BAKI, 4 may — Sputnik. ABŞ-ın dövlət büdcəsi Konqresin Nümayəndələr Palatasındakı gərgin müzakirələrin yekununda, 118-ə qarşı 309 səslə qəbul edilib. Sputnik Azərbaycan ABŞ mətbuatına istinadən xəbər verir ki, qəbul edilən büdcə layihəsi təsdiq olunması üçün Senata göndərilib. Ən son mərhələdə isə prezident Donald Tramp sənədə imza atmalıdır.

Maraqlısı odur ki, Tramp administrasiyasının hazırladığı büdcə layihəsinə qarşı çıxan 118 senatorun 103-ü məhz Respublikaçılar Partiyasındandır. Səsvermədən sonra açıqlama verən respublikaçı senator, Arizona ştatından olan millət vəkili Endi Biqs, hakimiyyətdə olmalarına rəğmən, büdcə məsələsində müxalifətdəki Demokratların mövqeyini dəstəklədiklərini deyib.

Qeyd edək ki, Nümayəndələr Palatasının qəbul etdiyi büdcənin məbləği 1.1 trilyon dollardır.

Əlaqədar

"ABŞ-ın bu addımının Azərbaycana heç bir mənfi təsiri olmayacaq"
ABŞ prezidentindən dünyanı silkələyəcək addım
ABŞ-da Azərbaycanla bağlı diplomatik qalmaqal
ABŞ 271 suriyalı elm adamını hədəf seçdi
Dövlət başçısı oğlunu ABŞ-a səfir təyin etdi
ABŞ Rusiyaya qarşı sanksiyaların qaldırılması üçün şərtini açıqladı
Teqlər:
büdcə layihəsi, Konqres, Senat, Nümayəndələr Palatası, ABŞ

Əsas mövzular