10:12 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Dünyaca məşhur ingilis müğənni Tom Cons

Tanınmış müğənni hər an həbs edilə bilər

© AP Photo / Joel Ryan/Invision/AP
DÜNYA
Qısa URL
35 0 0

2014-cü ilin avqustunda da məsələ ilə bağlı məhkəmə prosesi başlamış, lakin 6 ay sonra nəticəsiz dondurulmuşdu

BAKI, 2 may — Sputnik. Dünyaca məşhur ingilis müğənni Tom Cons cinsi zorakılıqda ittiham olunub. Müğənninin çox uzun illər öncə 14 yaşlı azyaşlı qıza qarşı zorakılığa əl atdığı iddia edilib. Sputnik Azərbaycan bu barədə Türkiyə NTV-nə istinadən məlumat verir.

Hazırda 50 yaşında olan və İngiltərədə yaşayan bir qadın 14 yaşında olarkən Tom Cons tərəfindən cinsi zorakılığa məruz qaldığını söyləyib. Uzun illərdə psixoloji travma altında yaşamağa davam etdiyini söyləyən qadın, "artıq ədalət yerini tapmalıdır" deyərək məhkəməyə müraciət edib. Məhkəmə, həmin xanımın şikayəti əsasında müğənni barəsində istintaq başladıb.

Qeyd edək ki, 2014-cü ilin avqustunda da məsələ ilə bağlı məhkəmə prosesi başlamış, lakin 6 ay sonra nəticəsiz dondurulmuşdu.

Əsas mövzular