13:00 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
625 0 0

Türkiyə və Hindistan ABŞ valyutasından imtina edir

BAKI, 1 may — Sputnik. Türkiyə və Hindistan qarşılıqlı ödəmələrdə dollardan imtina edə və bunu milli valyuta vasitəsilə həyata keçirə bilər. Bunu Hindistana səfəri çərçivəsində, Nyu Dehlidəki hind-türk biznes forumundakı çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, prezident bildirib ki, Türkiyə və Hindistan qarşılıqlı ödəmələrdə dollardan imtina və bu ödəmələri milli valyuta vasitəsilə həyata keçirməyi müzakirə edə bilər: "Valyuta məzənnələrinin dəyişkənliyi kimi neqativ təsirləri azaltmaq üçün ixrac və idxal əməliyyatları milli valyutalarda həyata keçirilə bilər".

Ərdoğanın sözlərinə görə, ticarətdə ödəmələr zamanı türk lirəsi və hind rupisinə keçid hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edər: "Türkiyə və Hindistan ticarət əməkdaşlığı potensialından yetərincə istifadə etmir. Artıq iki ölkənin irimiqyaslı iqtisadi tərəfdaşlığa dair razılaşma layihələrinin müzakirəsinə başlamaq vaxtı gəlib çatıb".

Nyu Dehlidəki hind-türk biznes forumu
© AFP 2020 / RAVEENDRAN
Nyu Dehlidəki hind-türk biznes forumu

Prezident vurğulayıb ki, iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün hökumət komissiyaları arası iclaslar keçiriləcək: "Türkiyə ilə Hindistan arasında əməkdaşlığın digər istiqaməti isə atom energetikası sahəsində ola bilər".

Əlaqədar

Dollar həftəyə təzadlarla başladı
Dollar alqı-satqısına məhdudiyyətlə bağlı radikal qərar
Manatı ucuzlaşdıran bankların sayı artır: dollar bahalaşdı
Azərbaycan 77 ölkəyə 2.3 milyard dollarlıq mal satıb
Dollardan qəfil yüksəliş: məzənnələr qalxdı
Teqlər:
hind rupisi, türk lirəsi, qarşılıqlı ödəmə, milli valyuta, Hindistan, Türkiyə, dollar

Əsas mövzular