21:50 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
25 0 0

Yəməndə “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib

BAKI, 28 aprel — Sputnik. ABŞ hərbçiləri Yəməndə “Ərəbistan yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

Rusiya mətbuatının xəbərinə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

“Aprelin 23-də hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror təşkilatının Ərəbistan yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib” — Devis qeyd edib.

Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarhar əyalətində xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 35 silahlısı məhv edilib. 

Əsas mövzular