Eks-baş nazir İnterpola axtarışa verildi

© AFP 2023 / JEAN-PHILIPPE KSIAZEK Штаб-квартира Интерпола в Лионе, Франция, фото из архива
Штаб-квартира Интерпола в Лионе, Франция, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Ukraynanın sabiq baş naziri Yatsenyuku beynəlxalq axtarışa verib

BAKI, 28 aprel — Sputnik. Rusiya Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuku beynəlxalq axtarışa verib.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş Prokurorluğun rəsmi nümayəndəsi Aleksandr Kurennoy deyib.

O bildirib ki, Ukrayna sabiq baş nazirinin axtarışı ilə bağlı materiallar İnterpola göndərilib.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiya hüquq-mühafizə orqanlarının İnterpola müraciətinin sürətini əldə etdiyini açıqlayıb. Bir müddət əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin 1994-1995-ci illərdə Çeçenistanda keçirilən antiterror əməliyyatı zamanı rusiyalı hərbçilərə qarşı cinayətlərdə Ukraynanın rəsmi şəxslərinin iştirak etdiyini açıqlayıb. O bildirib ki, istintaq həmin illərdə Yatsenyukun "Arqo" və "Vikinq" dəstələrin tərkibində Rusiyaya qarşı müharibə apardığını müəyyən edib.

Xəbər lenti
0