Donald Tramp üçün gerisayım - son 4 gün

© REUTERS / Yuri GripasDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
O, heç bir qanun layihəsini Konqresdən keçirə bilməyən və hökuməti "bağlayan" dövlət başçısı kimi tarixə düşə bilər

BAKI, 26 aprel — Sputnik. "Əgər həftənin sonunadək maksimal borc limiti təsdiq olunmasa, Amerikada hökumət bağlı elan ediləcək". Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, Donald Tramp administrasiyası aprelin 28-dək müdafiə xərclərini, dövlət büdcəsini və maksimum borc limitini təsdiq eləməsə, hökumət bağlanacaq.

Xatırladaq ki, analoji vəziyyət sonuncu dəfə Obamanın prezidentliyi dövründə — 2013-cü ildə yaşanmışdı. Digər maraqlı məqam ondan ibarətdir ki, aprelin 28-i Donald Trampın vəzifədə olduğu 100-cü gündür. Bu müddət ərzində o, heç bir qanun layihəsini Konqresdən keçirə bilməyən və hökuməti "bağlayan" dövlət başçısı kimi tarixə düşə bilər.

Xəbər lenti
0