Milyonların sevimlisi həbs edildi

© Photo : STRSəlim Ərdoğanın həbsi
Səlim Ərdoğanın həbsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Narkotik vasitələrdən istifadə edən insan mütləq seçilir. Bu işdə bir oyun var. Kimlərsə ona tələ qurub"

BAKI, 26 aprel — Sputnik. Türkiyəli məşhur aktyor, vaxtilə azərbaycanlı tamaşaçıların da maraqla izlədiyi "Çiçek Taksi" serialında "Abuzər" obrazını canlandıran Səlim Ərdoğanın qaldığı evə polis basqın edib. Sənətçinin Muğla vilayətində icarəyə götürdüyü villada 840 qram narkotik maddə aşkar edilib.

Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, polis aktyor S. Ərdoğanı yaxalayaraq sorğu-sual üçün bölməyə aparıb. Hadisə ilə bağlı mediaya açıqlama verən aktyorun qonşuları, bu işdə bir tələ olduğunu söyləyiblər.

"Səlim çox təmiz insandır. Özü də çox yeni gəlib bura. Tez-tez görüşüb söhbət edirik. İnanın, elə bir insan deyil o. Çünki narkotik vasitələrdən istifadə edən insan mütləq seçilir. Bu işdə bir oyun var. Kimlərsə ona tələ qurub" — qonşular deyiblər.

Hazırda hadisə ilə əlaqədar istintaq işi davam edir.

Xəbər lenti
0