Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qazaxıstanda Mir Cəlal Paşayevin anım günü keçirilib

© PhotoQazaxstanda Mir Cəlal Paşayevin əsərinə çəkilən film nümayiş olunub
Qazaxstanda Mir Cəlal Paşayevin əsərinə çəkilən film nümayiş olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanda Mir Cəlal Paşayevin əsərinin əsasında çəkilən film nümayiş olunub

BAKI, 25 aprel — Sputnik. Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin anım günü qeyd olunub. "Addım" təşkilatı və Qazaxıstanda fəaliyyət göstərən "Heydərçı Azərbaycanlı Gənclər Təşkilatı " tərəfindən hazırlanan tədbirdə "Addım"ın rəhbəri Hüseyn Cavadzadə çıxış edərək təşkilatın sifarışı ilə Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsi əsasında çəkilmiş "İki yad adam" filminin Qazaxıstan tamaşaçılarna nümayiş etdirmək imkan yaradıldığı üçün tərəfdaşlara təşəkkürünü bildirib.

Daha sonra "Heydərçi Azərbaycanlı Gənclər təşkilatı"nın rəhbəri Bəhruz Axundov çıxış edib. Bunun ardınca təşkilatlar arasında qarşılıqlı fəaliyyətlə bağlı memorandum imzalanıb.

İmzalanmadan sonra " İki yad adam" filminin nümayişi baş tutub. Film qazaxıstanlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişindən sonra yaradıcı qrupun üzvləri, ssenari müəllifi Nicat Dadaşov və baş rolun ifaçısı Duyğu Dəvəli çıxış ediblər. Yerli qonaqlar aktrisa Duyğu Dəvəlinin çıxışını xüsusi maraqla qarşılayıblar.

Qeyd edək ki "İki yad adam" filmi mart ayında ilk dəfə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən Grand Asian Film Festivalında nümayiş olunub və "Ən yaxşı sosial film" nominasiyasında qalib olub. Filmin Bakıda ilk nümayişi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin dəstəyi ilə "Addım"ın gerçəkləşdirəcəyi Gənc Ailələrin Birinci forumunun bağlanış mərasimində baş tutacaq.

Xəbər lenti
0