Vəhşi heyvanlar terrorçuları parça-parça etdi

© Photo : PinterestÇöl donuzu,arxiv şəkli
Çöl donuzu,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Baş verən hadisə zamanı 3 İŞİD yaraqlısı donuzlar tərəfindən parçalanıb

BAKI, 25 aprel — Sputnik. İraqın Kərkük əyalətində, çöl donuzları (qaban) anidən İŞİD terrorçularının düşərgəsinə hücum edib. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, əl-Raşad bölgəsində baş verən hadisə zamanı 3 İŞİD yaraqlısı donuzlar tərəfindən parçalanıb.

Terrorçular, donuzların təsərrüfat sahələrinə hücum etdiyini görəndən sonra onları qovmağa başlayıblar. Elə bu anda, özləri qəfildən hücuma məruz qalıblar. Nəticədə, çöl donuzları silahlılardan üçünü öldürüb.

Xəbər lenti
0