21:38 23 Avqust 2017
Canlı yayım
Города мира. Париж

Fransada prezident seçkilərinin nəticələri: proqnozlar doğrulur

© Sputnik / Natalya Seliverstova
DÜNYA
Qısa URL
Fransada prezident seçkiləri (7)
8121

Fransada prezident seçkilərinin iki turdan ibarət olacağını deyən analitiklərin sözləri doğrulur

BAKI, 23 aprel — Sputnik. Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, ilkin nəticələrə əsasən, sabiq iqtisadiyyat naziri, “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron öndədir. O, 23,7 % səs toplayıb.

Onun əsas rəqibi  “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 22%-lə ikinci yerdədir. 

Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon və "Fəth olunmamış Fransa” hərəkatının başçısı Jan-Lyuk Melanşon 20% səs toplayırlar.

Beləliklə, Fransada prezident seçkilərinin iki turdan ibarət olacağını deyən analitiklərin sözləri doğrulur. Çünki bu gedişlə namizədlərdən hər hansının 50%-dən yuxarı səs qazanacağı real görünmür.

Seçkilərdə 11 namizəd iştirak edir.

Mövzu:
Fransada prezident seçkiləri (7)

Əlaqədar

Bu gün Fransada prezident seçkiləri keçirilir

Əsas mövzular