21:38 23 Avqust 2017
Canlı yayım
Президент США Дональд Трамп, фото из архива

Tramp Eyzenhauerin rekordunu təzələdi

© REUTERS/ Jim Lo Scalzo
DÜNYA
Qısa URL
56 0 0

Donald Tramp ilk 100 gündə ən aşağı reytinqə malik olub

BAKI, 23 aprel — Sputnik. ABŞ prezidenti Donald Trampın fəaliyyətinin ilk 100 günündə reytinqi Duayt Eyzenhauerdən sonra bu günə qədər, ötən 65 ildə ABŞ prezidentləri arasında ən aşağı reytinq olub.

APA-nın verdiyi məlumata görə, ABC telekanalı və “The Washington Post” qəzetinin birgə keçirdiyi sorğunun nəticələri bunu göstərib.

Rəyi soruşulanların yalnız 42 faizi ABŞ prezidentinin ilk 100 gün ərzində fəaliyyətini bəyənib. Bununla belə, sorğu zamanı D. Trampa seçkilərdə səs verənlərin mütləq əksəriyyətinin – 94 faizi yenə də fikrini dəyişmədiyi, prezident postunda onun fəaliyyətini bəyəndiyi üzə çıxıb. Prezidentliyə namizəd olmuş sabiq dövlət katibi Hillari Klintonun tərəfdarlarının 92 faizi də öz fikirlərinə qalır, D. Trampa qarşı çıxış edir.

Sorğu 17-20 aprel tarixlərində 1004 nəfər arasında keçirilib. 

Əsas mövzular