Erməni əsilli şəxs kafedə atəş açdı, yaralanan var

CC0 / zgmorris13 / pistolМужчина с пистолетом в руке, фото из архива
Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan əsilli 27 yaşlı şəxs mübahisə etdiyi şəxsə tapançadan iki dəfə atəş açaraq onu yaralayıb

BAKI, 23 aprel — Sputnik. Rusiyanın Zelenoqrad şəhərində kafedə cinayət hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə iki şəxs arasında şəxsi münaqişə zəminində baş verib.

Ermənistan əsilli 27 yaşlı şəxs mübahisə etdiyi şəxsə tapançadan iki dəfə atəş açaraq onu yaralayıb. Hadisə yerindən qaçan şübhəli şəxs bir neçə dəqiqə sonra saxlanılıb.

Yaralanan şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib. 

Xəbər lenti
0