İŞİD-in yeni "paytaxt"ı məlum oldu

© AP Photo / Raqqa Media Center via APRakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli
Rakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qərar Rəqqaya hava hücumlarının çoxalması və Suriya ordusunun üç istiqamətdə şəhərə doğru hücuma keçməsi ilə əlaqədar qəbul edilib

BAKI, 23 aprel — Sputnik. İŞİD terror qruplaşmasının rəhbərliyi "paytaxt"ın Rəqqadan Deyr-ez-Zora köçürülməsinə dair qərar qəbul edib. APA-nın xəbərinə görə, bu barədə "Fox news"a hərbi mənbələr bildirib.

Məlumata görə, qərar Rəqqaya hava hücumlarının çoxalması və Suriya ordusunun üç istiqamətdə şəhərə doğru hücuma keçməsi ilə əlaqədar qəbul edilib.

Məlumata görə, ABŞ-ın pilotsuz uçan aparatları son iki ay ərzində İŞİD-in yüzlərlə rəhbər şəxslərinin Rəqqa şəhərini tərk etməsini qeydə alıb.

Xəbər lenti
0