Şimali Koreya sülhə ən böyük təhlükədir

© AFP 2023 / SAEED KHANBirləşmiş Ştatların vitse-prezidenti Maykl Pens
Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pens - Sputnik Azərbaycan
Abunə olmaq
Maykl Pens: "Bölgədəki müttəfiqlərimiz və Çin ilə rejim üzərində iqtisadi və diplomatik təzyiq etməyə çalışırıq"

BAKI, 22 aprel — Sputnik. Şimali Koreya Asiya və Sakit Okean regionunda sülhün önündəki ən böyük təhlükədir. Bu barədə Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pens açıqlama verib.

Avstraliyada səfərdə olan Pens, Sidneydə bu ölkənin baş naziri Malkolm Törnbul ilə görüşüb. Görüşdən sonra mətbuata danışan ABŞ rəsmisi Pxenyan rəhbərliyinə qarşı hazırladıqları planı açıqlayıb.

"Bölgədəki müttəfiqlərimiz və Çin ilə rejimə iqtisadi və diplomatik təzyiq etməyə çalışırıq" — Pens bildirib.

O, Şimali Koreyanı nüvə proqramı səbəbilə, Asiya və Sakit okean bölgəsində "ən böyük təhlükə" olaraq xarakterizə edib.

Xəbər lenti
0