16:38 26 Sentyabr 2017
Canlı yayım
Türkiyədə seçkilərə etiraz aksiyası, arxiv şəkli

İstanbulda kütləvi nümayişlər başlayıb, həbs olunanlar var

© AP Photo/ Depo Photos via AP
DÜNYA
Qısa URL
242222

İstanbuldan başqa İzmir şəhərində də lokal səviyyədə aksiyalar keçirilib

BAKI, 20 aprel — Sputnik. Aprelin 16-da Türkiyə konstitusiyasına dəyişikliklərə dair keçirilən referendumda, möhürsüz səslərin etibarlı sayılmasına etiraz edən yüzlərlə insan İstanbulda aksiya keçirib. Dünən gecə təşkil edilən aksiya icazəsiz olduğu üçün polis aksiyaya müdaxilə edib. İstanbuldan başqa İzmir şəhərində də lokal səviyyədə nümayişlər keçiriliib.

Bu gün səhər saatlarında isə polisin terrorla mübarizə qrupları bir neçə evə basqın edərək, 16 nəfəri həbs edib. Polisin verdiyi məlumatda qeyd olunur ki, həbs edilən şəxslər uzun zamandır polisin gizli nəzarətindədir və onlar ölkədə stabilliyin pozulmasında, təxribatçı proseslərdə yaxından iştirak ediblər.

Həbs olunanların haqlarını müdafiə etmək üçün polis bölməsinə gələn ana müxalifət partiyasından (CHP) olan millət vəkilləri Ali Şeker, Onursal Adıgüzel və Selina Doğan, nümayişçilərin həbs edilməsinin qanunsuz olduğunu bildiriblər.

"Polis bizə deyir ki, referendumdan "hə" cavabı çıxmasına baxmayaraq, onlar qanunu pozaraq buna qarşı çıxıblar. Ona görə də həbs olunublar. İndi biz sual veririk ki, nəyəsə etiraz etmək cinayət törətməkdirmi? Bunun tərifini nə ilə izah edə bilərsiniz?" — CHP-li deputatlar narazılıqlarını ifadə ediblər.

Qeyd edək ki, PKK ilə mübarizə çərçivəsində Türkiyədə fövqəladə vəziyyəti rejimi davam etdiyi üçün kütləvi aksiyaların keçirilməsinə icazə verilmir.

Əlaqədar

Müxalifətdən sərt açıqlama: Referendum təkrar keçirilsin, yoxsa....
Ərdoğan referendumda qalib gəldi, bəs Turkiyə?
Rusiyadan Türkiyəyə referendum açıqlaması
Beynəlxalq təşkilatlar Türkiyədə keçirilən referenduma mənfi rəy verdi
Türkiyədəki referendumun Azərbaycana təsiri və Suriya prosesləri müzakirə ediləcək
Avropa Şurası Türkiyədə keçirilən referendumu dəyərləndirdi
Ərdoğan: "Referendumun nəticələri Türkiyə dövlətinə xidmət edəcək"
Teqlər:
konstitusiyasına dəyişikliklər, İstanbul, CHP, Türkiyə, polis, referendum

Əsas mövzular