11:30 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
43621

Dövlət başçıları Bəşər Əsədi təbrik etdi

BAKI, 19 aprel — Sputnik. Suriyanın Müstəqillik günü münasibətilə 10 ölkənin dövlət rəhbəri Bəşər Əsədə təbrik məktubu göndərib. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

"İraq, Rusiya, Əlcəzair, Türkmənistan, Livan, Kuba, Hindistan, Şimali Koreya, Cənubi Afrika və İndoneziya dövlət başçıları prezident Bəşər Əsədi Suriyanın müstəqillik günü münasibətilə təbrik edib" — məlumatda bildirilib.

Liderlərin təbrik mesajında, Suriyada sabitliyin təmin olunması, ikitərəfli əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsinə vurğu edilib.

Qeyd edək ki, Suriya Ərəb Respublikası 1946-cı il aprelin 17-də Fransanın müstəmləkəçiliyindən xilas olaraq müstəqilliyini elan edib.

Əlaqədar

Türkiyədəki referendumun Azərbaycana təsiri və Suriya prosesləri müzakirə ediləcək
Suriyadakı kimyəvi silah olayında İranın barmağı var!?
Suriyaya atılan raketlər neftin qiymətini qaldıracaqmı?
Nəhənglər Suriyada əməkdaşlığı bərpa etdilər
Teqlər:
Suriyanın Müstəqillik günü, Bəşər Əsəd, Kuba, Türkmənistan, Hindistan, Livan, Əlcəzair, Fransa, Suriya, İraq

Əsas mövzular