Ərdoğanla Tramp mayda görüşə bilər

© REUTERS / Sergei KarpukhinTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahim Kalın: "Prezidentlərin görüşü mart ayına planlaşdırılırdı. Ancaq məlum referendum prosesi səbəbindən görüş təxirə salındı".

BAKI, 18 apr — Sputnik. ABŞ prezidenti Donald Tramp, referendumdakı qələbəsindən dolayı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Sputnik Türkiyə xəbər verir ki, telefon danışığı zamanı liderlər üz-üzə görüş vaxtını da müzakirə ediblər.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının dediyinə Tramp-Ərdoğan görüşü may ayında reallaşa bilər: "Əslində prezidentlərin görüşü mart ayına planlaşdırılırdı. Ancaq məlum referendum prosesi səbəbindən görüş təxirə salındı".

Xəbər lenti
0