Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə və Rusiya prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган (справа) , фото из архива
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган (справа) , фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Putin və Ərdoğan Suriyanın Xan Şeyxun şəhərində aprelin 4-də kimyəvi silahdan istifadə ilə bağlı insidentin tezliklə beynəlxalq səviyyədə obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini qeyd ediblər

BAKI, 13 apr — Sputnik. Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. 

“Suriyadakı vəziyyətin inkişafı müzakirə edilib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədi ilə birgə işi, habelə, Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər” — məlumatda bildirilir.

Putin və Ərdoğan Suriyanın Xan Şeyxun şəhərində aprelin 4-də kimyəvi silahdan istifadə ilə bağlı insidentin tezliklə beynəlxalq səviyyədə obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini qeyd ediblər.

Xəbər lenti
0