Prezident yeni əlifbaya keçidlə bağlı əmr verdi

© Photo : Qazaxıstan prezidentinin rəsmi internet saytıNursultan Nazarbayev və Aset İsekeşev
Nursultan Nazarbayev və Aset İsekeşev - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu müddət yaxınlaşır və biz vaxt itirmədən bu işi öz üzərimizə götürməliyik"

BAKI, 12 apr — Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətə latın əlifbasına keçidi təmin etmək barədə təlimat verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Egemen Qazaxıstan" qəzeti məlumat yayıb.

NASA mütəxəssisləri Mars qumsallığı arasında Morze əlifbasını xatırladan bir neçə qum təpəsi aşkar ediblər - Sputnik Azərbaycan
Marsda Morze əlifbası aşkarlanıb

"Alimlərin və ictimaiyyət nümayəndələrinin tövsiyəsinə əsasən, 2017-ci ilin sonuna qədər latın qrafikası əsasında yeni əlifba ilə bağlı vahid standart işlənib hazırlanmalıdır. 2018-ci ildən başlayaraq bu qrafikanın tədrisi üçün xüsusi mütəxəssislər hazırlanmalı və orta məktəblər üçün dərsliklər buraxılmalıdır. Yaxın iki il ərzində bütün təşkilati və metodiki işlər görülüb baş çatmalıdır" — deyə Nazarbayev bildirib.

O, əlavə edib ki, Qazaxıstan 2025-ci ildə kiril əlifbasından tamamilə imtina edəcək: "Bu müddət yaxınlaşır və biz vaxt itirmədən bu işi öz üzərimizə götürməliyik".

Prezidentin sözlərinə görə, yeni əlifba cəmiyyətin səmərəli şəkildə modernləşdirilməsinə, xarici aləmlə əlaqələri asanlaşdırmağa və uşaqlara ingilis dilini rahat öyrənməyə imkan verəcək. Nazarbayev ilk dəfə latın əlifbasına keçidlə bağlı 2012-ci ilin dekabrında çıxış edib.

"Bu, təkcə qazax dilinin inkişafına deyil, həm də onun müasir informasiya dilinə çevrilməsinə xidmət edəcək" — deyə prezident bildirib.

O, qeyd edib ki, ölkədə dövlət dilinin inkişafı ilə bağlı davamlı tədbirlərin görülməsi vacibdir. Bununla belə, ölkədə heç bir dil və etnik ayrı-seçkilik əlamətləri olmamalıdır.

Qazaxıstanda sabiq SSRİ dövründə də, indi də kiril əlifbası işlədilir. Latın qrafikasından yalnız xaricdəki, xüsusilə də Türkiyədəki qazax diasporunun nümayəndələri istifadə edirlər. Çin və bir sıra digər ölkələrdəki qazax icmalarının nümayəndələri ərəb qrafikasından istifadə edirlər.

Xəbər lenti
0