16:49 21 İyul 2017
Canlı yayım
Рекс Тиллерсон, фото из архива

ABŞ-dan Rusiyaya ultimatum

© AP Photo/ Evan Vucci
DÜNYA
Qısa URL
15431

Tillerson: "Biz Suriya xalqının iztirablarını yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin tərkib hissəsi olaraq vacib rol oynaya bilər".

BAKI, 11 apr — Sputnik. ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya ultimatum verib.

Rusiya mətbuatının yazdığına görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Xəbərə əsasən, ultimatum Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə dəstəyi ilə bağlıdır. Tillerson bildirib ki, Rusiya seçim etməlidir: "Ya ABŞ və digər sağlam düşüncəli dünya dövlətləri, ya da Əsəd rejimi, İran və "Hizbullah".

"Biz Suriya xalqının iztirablarını yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin tərkib hissəsi olaraq vacib rol oynaya bilər, yaxud həmin qrupla müttəfiqliyini saxlaya bilər. Bizim fikrimizcə, ikinci, uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına xidmət etməyəcək" — deyə Tillerson söyləyib.

Dövlət katibinin sözlərinə görə, Rusiyanın Suriyada kimyəvi tərksilahla bağlı öhdəliyini yerinə yetirə bilməməsi və yaxud qeyri-kompetent davranması hələ aydın deyil: "Amma bu, ölənlər üçün əhəmiyyət kəsb etmir".

Əsas mövzular